Oqtay Əsədov 22 saylı seçki məntəqəsində səs verdi - FOTOLAR

  • Müəllif: admin
  • 26 Sentyabr 2016 11:44

oktay

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1203 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

oqtay1 oqtay

Gununsesi.info