Oqtay Əsədov MDB PA-ya məktub göndərdi - PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ ETMƏK ÜÇÜN

  • Müəllif: admin
  • 13 Fevral 2018 11:12

Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərib.

Gununsesi.info MDB PA-nın saytına istinadən verdiyi xəbərə görə, Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməl etmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Gununsesi.info