Oqtay Əsədov Zahid Orucu danladı: “Hər yazılana inanma”  - Parlamentdə qızğın müzakirə

  • By admin
  • 14 İyun 2016 13:14

 1450432414_zahidoqtay

 

Spiker: Zahid Oruc hər yazılana inanma “Məm inanmıram ki, İran prezidenti Həsən Ruhani Ermənistana səfər etsin. O Ermənistana getməyəcək.”

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasında millət vəkili Zahid Orucun Azərbaycanla İran arasında imzalanan sazişlərin ratifikasıyası zamanı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayıb. Millət vəkili çızışı zamanı son günlərdə İranla Ermənistan arasındakı münasibətlərə toxunaraq deyib ki, biz İranla Ermənistan arasındakı münaisbətlər haqqında danışa bilmərik: “Ancaq Ermənistan Xarici işlər nazirini qəbul edən iran prezidenti Ermənistan prezidentinə xüsusi salam göndərir və ardınca da, bu ölkəyə səfər edəcəyini bəyan edir.” Millət vəkili onu da əlavə etdi ki, son İrana qarşı sanksiyalar tətbiq olunan zaman Azərbaycan oan dost münasibət bəslədi və İrana qarşı hər hası oyunda iştirak etmədi: “ Azərbaycan öz siyasətində İsrail faktorunu nəzərə alsa da, biz İrandan bunun qarşılığını görmürük.” Millət vəkili onu da əlavə etdi ki, İran parlamenti, siyasilər və dini elita bunu nəzər almalıdır: “Bu İranfobiya tərəfdarı deyilik. Ancaq haqqı da deməyi bacarmalıyıq. Hesab edirəm ki, İran da Türkiyə kimi Ermənistanla sərhədi bağlasaydı, o zaman Qarabağ münaqişəsinin həllini yaxınlaşdırardı. “ Spiker millət vəkili çıxışına cavab olaraq bildirib ki, sözünü kəsmədim, deəyəckdin müdaxilə edisiz: “Zahid müəllim qəzetlərdəki hər yazıya inanmayın. İnanmıram ki, Ruhani Ermənistana səfər etməyəcək vəbuna inanmıram”.

Digər millət vəkili Fazil Mustafa da İranın Azərbaycana yönəlik siyasətində korrerktələr etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır: “Eyni zamanda fürsətdən istifadə edib Türkiyə ilə viza məsələsini həll etməliyik, Ermənistanın əlinə avantaj verməməliyik”.

Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, İranın ali dini rəhbəri Seyid Əli Xomeyni öz çıxışılarının birində bildirib ki, İrandakı etnik-milli azlıqları aktivləşdirmək istəyirlər: “Əslində bunu İran hakimiyyətinin özü edir. Bizə deyirlər ki, müttəfiqik. Amma Ermənistanın xarici işlər nazirini az qala qəhrəman kimi qarşlıayırlar. Mən düşünürəm ki, biz İslam Əməkdaşlıq Təşkilatına biz müraciət etməliyik ki, bir islam ölkəsinin davranışına qiymət versin. İran necə müsəlman ölkəsidir? İranın rəhbərliyinin yürütdüyü siyasət Azərbaycana qarşı dost siyasəti deyil. Hələ müsəlmançılığı qoyuram qırağa . Orada yaşayan 30 milyon azərbaycanlının etnik kimliyinə hörmət etməyəcəklərsə, bunun acı nəticələrini dadacaqlar. Hesab edirəm ki, o 30 milyon azərbaycanlı da səsini çıxartmalıdır”. Spiker də bildirib ki, İran müstəqil dövlətdir: “Necə siyasət aparacaqsa, o cür də cavabını alacaq”.

Gununsesi.info