Oqtay Əsədovla Allahşükür Paşazadə İslam Kərimovun dəfnində iştirak edirlər

  • By admin
  • 03 Sentyabr 2016 12:19

oqtay

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dəfnində iştirak üçün bu ölkəyə yola düşüb.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun, millət vəkili Hüseybala Mirələmov və digər rəsmi şəxslər daxildir.

Anar
Gununsesi.info