
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarusda rəsmi səfərdə olacaq.
Gununsesi.info xəbər verir ki, bundan əlavə, oktyabrın 13-də O.Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB Parlament Assambleyasının (PA) Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Gununsesi.info










