Ordunu çıxarmırıq! - ABŞ

  • By Günel
  • 08 Dekabr 2024 18:09

ABŞ Suriyanın şərqində hərbi varlığını davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Dan Şapiro bildirib.

O qeyd edib ki, ABŞ-ın bölgədə mövcudluğu İŞİD-in son məğlubiyyətini təmin etmək üçün vacibdir və bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur:

“Biz Suriyadakı bütün tərəfləri mülki insanları, xüsusən də Suriya azlıqlarını qorumağa, beynəlxalq hərbi normalara hörmət etməyə və siyasi həlli ehtiva edən qətnamə üzərində işləməyə çağırırıq”.

Gununsesi.info