Ötən ay 456 hərbi sursat və 3 mina zərərsizləşdirilib

  • By admin
  • 07 Noyabr 2016 13:19

mina

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən oktyabr ayı ərzində 1 223 059 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan Gununsesi.info-ya verilən məlumata görə, ay ərzində 456 ədəd partlamamış hərbi sursat (PHS) və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

Məlumata görə, indiyədək cəmi 389 603 952 m2 ərazi təmizlənib, 752 702 ədəd PHS zərərsizləşdirilib.

Qeyd edək ki, oktyabr ayı ərzində agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tərtər, Salyan, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Anar

Gununsesi.info