Ötən gün karantin səbəbi ilə 739 sürücü cərimələndi

  • By admin
  • 09 May 2020 14:10

“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edili”b.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Gununsesi.org-a verilən məlumatda bildirilir. Xəbərə görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 50 174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org