Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb

  • Müəllif: Firuzə
  • 25 Avqust 2026 15:11

Azərbaycanda 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan rəsmi boşanmaların sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə azyaşlı uşağı olan 20 min 675 ailə rəsmi şəkildə boşanıb.

2024-cü ildə bu növ boşanmaların sayı 21 min 384 olub.

Gununsesi.info