Azərbaycana qarşı gizli casusluq edənlər açıqlandı – Bu ölkələr...

  • By admin
  • 02 Aprel 2020 16:55

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olanların sayı açıqlanıb.

Gununsesi.org-un xəbərinə görə, hesabatda yazılıb ki, başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfər əməkdaşlıq edib.

Sözügedən şəxslərdən 12-si Azərbaycan, biri Rusiya, biri İran, biri isə Gürcüstan vətəndaşıdır.

Bundan başqa, bir nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov təqdim edəcək.

Gununsesi.org