Ötən il ölkədə neçə km yolun tikildiyi bəlli oldu - AÇIQLAMA

  • By admin
  • 18 Yanvar 2018 16:54

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən avtomobil yolları tikilib, yenidən qurulub və təmir olunub.

Agentlikdən Gununsesi.info-ya bildirilib ki, bu göstəriciyə respublika əhəmiyyətli yollar – 313,4 km; yerli əhəmiyyətli yollar – 888,7 kmBakı şəhər yolları – 133 km daxildir.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.

Gununsesi.info