“Oteldə 2 gecəlik qiymət mənim bir aylıq maaşımdır” -Aqil Abbas

  • By admin
  • 14 Dekabr 2021 13:15

“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı, nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxışında deyib. O bildirib ki, Çavuşoğlu da bildirdi ki, İrəvandan İstanbula reys açırlar:

“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim. Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq. AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, oteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o otelə?! Əlbəttə, yox!”

Gununsesi.info