Ötmə qəzaya səbəb oldu

  • By admin
  • 31 May 2016 12:29

otme

Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gununsesi.info-nun xəbərinə görə, hadisə Lənkəran şəhərinin “Ləvəngi dairəsi” adlanan ərazisində qeydə alınıb. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən minik avtomobil qarşıdan gələn “Tofaş” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra qəzanı törədən sürücü və avtomobildə olanlar hadisə yerindən uzaqlaşıblar. Deformasiyaya uğrayan Tofaş markalı avtomobilin sürücüsü Lerik sakini 27 yaşlı Nicat  Hacıyev və sərnişinlər Lənkəran sakinləri Arzu Sadıxova və Səbiyə  Mirzəyeva müxtəlif bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar üçün həyati təhlükənin olmadığı bildilir. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Hadisənin dəqiq başvermə səbəbləri aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.Faktla bağlı Baş dövlət yol polisi idarəsi araşdırma aparır.