
Faydalı və maraqlı həqiqətlər, məlumatlar hər zaman insanların diqqətini çəkir.
Gununsesi.info oxuyanları təəccübləndirən maraqlı həqiqətləri öz izləyicilərinə təqdim edir.
1. Uçuş rejiminin digər faydası barədə məlumatınız varmı? Telefonu şarj edən zaman mobil cihazınızı uçuş rejiminə (flight mode) keçirsəniz, batareya 50 dəfə daha sürətlə dolacaq.

2. 1981-ci ildə 1GB-lıq yaddaş kartının hazırlanması 300 min dollar başa gəlib. Bu rəqəm ildən-ilə azalaraq 1987-ci ildə 500 dollara, 2000-ci ildə 10 dollara, 2012-ci ildə 1 dollara düşüb.

3. İnsan oyandığı zaman beyin kiçik bir lampanı yandıra biləcək qədər elektrik enerjisi istehsal edir.

4. “Təqlidçi oktapod” adlandırılan oktapodun xüsusiyyəti təkcə rəng dəyişməklə qalmır, o, eyni zamanda, dil balığı, aslan balığı, dəniz ilanı kimi canlıların formasını da ala bilir.

5. Mavi balinanın dilinin ölçüsü Afrikada yaşayan fillərin ölçüləri ilə eynidir.

6. Pendir və tünd şokolad dişlərin çürüməsinin qarşısını alır.

7. Dünyada yaşayan bütün insanları təşkil edən atomlardakı boşluqlar çıxarılarsa, dünya əhalisini alma boyda bir qaba sığdırmaq olar.

8. Amerika istehsalı olan avtomobillərin çoxu Fa notu ilə siqnal çalır.

9. Dünyanın ən varlı 3 ailəsi ən kasıb 48 ölkədən daha çox sərvət sahibidir.

10. Dünyanın ən uzunmüddətli tıxacı 12 gün çəkib. Nəticədə 100 kilometrlik maşın “qatarı” yaranıb.

11. Everest zirvəsində 200-dən çox alpinist cəsədi var.

12. Dünyadakı insanların 2/3 hissəsi ümumiyyətlə qar görməyib.

13. Artıq nəsli tükənmiş olan “yunlu mamontlar” Misir piramidaları inşa edilərkən mövcud olubmuş.

14. Ortalama bir insanın ömür boyu gəzdiyi yolları toplasaq, bu, Yer kürəsini 3 dəfə dolşamağa bərabər olar.

15. Meduzanın 95%-i sudan təşkil olunub.

16. İnsan çox sərt şəkildə asqırarsa, onun qabırğa sümüklərindən biri qırıla bilər.

17. Qübt ayısı qarda gizlənən zaman qara burnunu pəncəsi ilə tutur ki, görünməsin.

18. İnsan yatarkən daha çox kalori itirir, nəinki TV izləyərkən.

Gununsesi.info












