Oyun zamanı meydana girən toyuğu öldürdü, qırmızı kart aldı - Xorvatiyada qeyri-adi hadisə

  • By admin
  • 06 Noyabr 2019 15:45

Xorvatiyanın həvəskar liqasında çıxış edən “NK Yelenqrad” komandasının futbolçusu İvan Qazdek qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu matç zamanı meydanda olan toyuqları qovub. Bu vaxt Qazdek onlardan birini vuraraq öldürüb və toyuğu meydandan kənara atıb. Xorvatiyalı futbolçunun bu hərəkətlərindən sonra hakim ona qırmızı vərəqə göstərib.

Qazdek oyundan sonra məsələ ilə bağlı bunları söyləyib: “Toyuqlar daim meydana çıxırdılar. Ot örtüyü nəcislə dolu idi. Bunlar sağlamlıq üçün təhlükədir. Onları qovmaq üçün qaçdım, təpik atdım və təsadüfən birini öldürdüm. Hakim mənə tərəf qaçdı və qırmızı vərəqə göstərdi. Toyuğu bilərəkdən öldürmədim. Sahibinə məktub yazıb yeni bir toyuq göndərərək ondan üzr istədim”.