
“Azərbaycan və Türkiyə bütün vasitələrdən istifadə edərək Qarabağ münaqişəsini və Xocalı soyqırımının beynəlxalq aləmə çatdırmasına baxmayaraq onlar, bu problemlərə laqeyd yanaşır. Ona görə üzləşdiiymiz problemləri dünyay çatdırmaq və ədaləti bərpa etmək üçün güclü olmağımız vacibdir”.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvar Anakarada Yıldırım Beyazit Universitetində Xocalı soyqrımının 26-ci ildönümünə düzənlənmiş toplantıda çıxışı zamanı deyib.
Türkiyəli parlamentari bildirib ki, bu cür problemləri öz aramızda danışmaqla yanaşı, bunların beynəlxalq aləmdə də tanınmasına nail olmalıyıq və dünyanın da bu faciləri bilməsini istəyirik: “Ancaq dünya birliyi bu faciələri, hadisələri bizim gördüyümüz kimi görmür. Baş verənləri görməməzliyə vurur”.
N. Ünüvar deyib ki, Azərbaycan və Türkiyə dünyaya səslərini çatdırmaq üçün birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib: “Bizim dünyaya diplomatik anlamda bir mesaj verməyimiz, hər iki ölkənin mediasından daha effektli formada istifadə etməyimiz lazımdır. Bununla yanaşı ordu sahəsində də güclərimizi birləşdirməyimiz lazımdır”.
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə məşğul olan ATƏT Minsk qrupunun fəaliyyətini kəskin tənqid edən türkiyəli parlamentari deyib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu işğal altında olan bir neçə strateji yüksəkliyi alan kimi Minsk qrupu həmən bir araya gəlib atəşkəs rejimini bərpa etməyi tələb etdi.
“Azərbaycan torpaqları 25 ildən artıqdır işğal altındadır, lakin Minsk qrupu bu işğala göz yumur və görməməzlikdən gəlir. Ona görə də yaranmış durumda ssenarini pozamaq üçün birgə hərəkət etməli və güclü olamlıyıq”- deyə, N. Ünüvar bildirib.
Mürtəza
Gununsesi.info










