Özbəkistan beynəlxalq təşkilatlara  rəsmi dəvət göndərib

  • By admin
  • 21 Oktyabr 2016 16:04
ozbek
Özbəkistan dekabrın 4-də keçiriləcək növbədənkənar prezident seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara və ölkələrə müraciət edib.
Gununsesi.info xəbər verir ki, bunu Özbəkstanın Azərbaycandakı səfirinin müavini Changir Amanov ölkədə keçirləcək növbədənkənar prezident seçkilərinə hazırlıq məsələləri barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə,  Özbəkistan Mərkəzi Seçki Komissiyası və hökuməti prezident seçkilərinin yüksək səviyyədə, demokratik və şəffaf keçirilməsi istiqamətində bütün lazımi addımları atır və bu istiqamətdə hazırlıq işləri gedir. O deyib ki, artıq namizədlərin irəli sürülmə prosesi başa çatıb və ölkədə fəaliyyət göstərən dörd siyasi partiya lideri öz namizədini prezident  uğrunda mübarizə aparacaq.  “İş adamları və sahibkarlar Hərəkatı- Liberal-Demokrat Partiyasından (UzLiDeP)-dən hazırda prezident səlahiyyətini icra edən Şavkat Mirziyoyev, Milli-Demokrat Partiyasından  Xatomjan Ketmonov, Sosial-Demokratlar Partiyasından Nariman Umarov,  “Milli Tıklanış” Sərvər Otamuradovun namizədliyi irəli sürülüb. Noyabrın əvvəlində isə prezidentliyə namizədliyi rəsmi qydiyyata alınan nazmidələr təbliğat kampaniyasına başlayacaqlar və seçkiyə bir gün qalmış təbliğat kampaniyası başa çatacaq”- deyə, diplomat vurğulayıb.
Diplomat əlavə edib ki,  seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkialtlalra və ölkələrə rəsmi müraciət edib: “Seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə, İƏT, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı və digər  beynəlxalq və regional təşkialtlara müraciət olunub. Seçkiləri 500-dək  xarici və yerli KİV orqanının izləyəcəyi gözlənilir. Beynəlxalq müşahidəçilərə  və KİV nümayəndələrinə seçki prosesini yaxından izləmək üçün  lazımi şəraitlər yaradılacaq”.
Diplomat qeyd edib ki, prezident seçkiləri ilə bağlı seçki qanunvericiliyi təkmilləşdirilib: “ATƏT DTİHB-nin tövsiyyəsi ilə bağlı  sesçki qanunvericiliyin bir çox müddəası dəyişdirilib və ya  qanunvericiliyə əlavələr olub”.
Mürtəza
Gununsesi.info