
Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ilə əlaqədar olaraq İsrail və Almaniyadan təcili həkim birqadası Daşkəndə dəvət edilib.
Gununsesi.info “fergananews”-ə istinadən xəbər verir ki, özbək həkimlərin rəyinə görə, əgər İslam Kərimiovun yaxın günlər ərzində səhhətini qoruya bilərlərsə, o zaman onun həyatını xilas etmək mümkündür. “Hazırda onu həyatının xilas edilməsi üçün həkimlər əllərindən gələni edir”- deyə, sayt yazır.
“Sputnik Özbəkistan” isə yazır ki, xalqın əksəsriyyəti İslam Kərimovun tezliklə sağalması və ayağı durması üçün dualar edir.
Ölkədəki tanınmış müğənnilər və incəsənət xadimləri də prezidentin tezliklə sağalması üçün dualat etməklə yanaşı, xalqı İslam Kərimovun ölümü ilə bağl yayılan xəbərlərə inanmamağa çağırırlar.
Gununsesi.info











