Özü koronavirus xəstəsi idi, minlərlə insanı da yoluxdurdu

  • By admin
  • 22 Mart 2020 20:47

Dünyada geniş vüsət alan koronavirusa yoluxan israilli gəncin ölkədə minlərlə insanı da sözügedən epidemiyaya yoluxdurduğu ehtimal olunur.

Gununsesiaz.info-nun məlumatına görə, söhbət İsrail Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən 324 xəstə arasındakı 247 nömrəli pasientdən gedir.

Bildirilir ki, 22 yaşı olan şəxs virus daşıdığı halda, 4- 12 mart tarixlərində Təl-Əviv küçələrində dolaşıb. O, xəstəliyin inkubasiya dövründə daha çox avtobusla hərəkət edib, hava limanında, ticarət mərkəzində olub.

Nazirlik sosial şəbəkələrdə “7/24” ləqəbi qoyulan gəncin gəzdiyi hər yerin saatlarını açıqlayıb ki, həmin vaxt orda olan insanlar gəlib test versinlər.

Gununsesiaz.info