Özündən 23 yaş kiçik qadını öldürdü - HƏYAT YOLDAŞININ AÇIQLAMASI

  • By admin
  • 15 Fevral 2018 10:56

 

Bakı Apellyasiya Məhkəməsində özündən 23 yaş kiçik olan qadını öldürməyə cəhdə görə həbs olunan Cəbrayıl Mustafayevin işi yenidən araşdırılıb.

Gununsesi.info xəbər verir ki, 52 yaşlı C. Mustafayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbs cəzası verilib.

Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. C.Mustafayev bu iş üzrə zərərçəkmiş qismində tanınan Raziyyə Verdiyeva ilə əvvəllər qeyri-rəsmi nikah münasibətində olub. Onların bir azyaşlı qızı da var.

Xeyli müddətdir ayrılan valideynlərin arasında yaranan mübahisənin səbəbi qadının, uşağı atasına göstərməməsi olub. Hadisə günü bu üzdən yaranan dava qanla nəticələnib. C.Mustafayev Bakıdakı gecə barlarının birində çalışan qadını bıçaqlayıb. Qadının həyatını xilas etmək mümkün olub.

C.Mustafayevə CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilsə də, o bununla razılaşmır. Deyir ki, R.Verdiyevanı öldürmək niyyəti olmayıb.

Buna baxmayaraq, məhkəmə bu ittihamı əsaslı sayıb.

Bakı Apellyasiya Məhkəməsində onun bu hökmdən verdiyi şikayəti Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırıb. Amma nəticə dəyişməyib – 11 illik hökm qüvvədə saxlanılıb.

Gülər

Gununsesi.info