Özünü 22-ci mərtəbədən atdı - BAKIDA İNTİHAR

  • Müəllif: admin
  • 30 Yanvar 2018 10:54

Bakıda intihar olub.

Gununsesi.info xəbər verir ki, Yasamal rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info