Pərəstişkarı Madonnanı məhkəməyə verdi

  • By admin
  • 10 Noyabr 2019 12:40
Ən son 2012-ci ildə Türkiyədə konsert verən dünya ulduzu Modonnanı təəcübləndirəcək bir hadisə baş verib. 
Gununsesi.org xəbər verir ki, ABŞ-da Nate Hollander adlı pərəstişkarı konsert saatının dəyişdirilməsinə görə Madonnanı məhkəməyə verib. Saat 20:30 -da başlayacaq konsertinin 22:30-a keçirilməsindən sonra əsəbiləşən Hollander dəyəri 10 min dollar olan üç biletini geri qaytarmaq istəyib. Bunu qəbul etmədikləri üçün isə o, məhkəməyə müraciət edib.
Holander bu haqsızlığa görə müğənninin digər pərəstişkarlarını da məhkəməyə dəvət edəcəyini bildirib. Müğənninin meneceri isə məsələylə bağlı açıqlama verməyib.
Gununsesi.org