Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib

  • By ilhame
  • 18 Mart 2024 19:12

Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Bu gün səhər saatlarında Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları həyata keçirib”, – məlumatda qeyd edilib.

 

Bildirilib ki, terrorçular ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradır: “Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini konkret tədbirlər görməyə çağırmışıq”.

Gununsesi.info