Pakistanda 10 nəfər güllələnib

  • By admin
  • 13 May 2017 15:56

paistan

 

Pakistanın cənubunda 10 fəhlə öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, motosikletlə hərəkət edən naməlum şəxslər Bəlucistan vilayətinin Qvadar dairəsində terror hücumları törədib. Hücumlar zamanı tikinti işləri aparan 8 nəfər yerindəcə ölüb, daha 2-si xəstəxanaya aparılarkən keçinib.

Olaydan sonra hüquq-mühafizə orqanları əməliyyat tədbirlərinə başlayıb.

 

 

Gununsesi.info