Pakistanda 200-dən çox insan koronavirusdan öldü

  • By admin
  • 22 Aprel 2020 11:36

Pakistanda koronavirusa yoluxanların sayı 9 749 nəfərə çatıb, 209 nəfər isə həyatını itirib.

Gununsesi.org “Qafqazinfo”ya  istinadən xəbər verir ki, bu barədə ölkənin hökumət saytında məlumat verilib.

Bildirilir ki, son 24 saat ərzində koronavirus səbəbindən 17 nəfər dünyasını dəyişib. Ümumilikdə 2156 pasiyentin isə müalicə olunaraq sağalıb.

 Yoluxma hallarının çoxu Pəncab (4 328) və Sindx (3 053) əyalətlərində qeydə alınıb.

Gununsesi.org