Pakistanda ev uçdu, 2 nəfər öldü

  • By admin
  • 13 Sentyabr 2020 13:15

Pakistanın cənubunda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Samaa” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Karaçi şəhərində bu gün səhər saatlarına qeydə alınıb.

İkimərtəbəli bina uçub, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xilasedicilərin məlumatına görə, dağıntılar altında daha bir neçə nəfər qalıb.

Hadisənin yerində xilasetmə işləri davam edir.

 

 

Gununsesi.info