Pakistanda koronavirus sürətlə yayılır

  • By admin
  • 17 İyun 2020 15:41

Pakistanda fevral ayından bu yana COVID-19 virusuna 155 mindən çox yoluxan və 3 mindən artıq ölən var.

Gununsesi.org xəbər verir ki, bu barədə Pakistan Milli Səhiyyə İnstitutunun İctimai səhiyyə departamentinin rəhbəri Məhəmməd Salman Şanhay bildirib.

“Təhlükə qalsa da, pandemiyanın sürətini azaltmağı, o cümlədən səhiyyə infrastrukturumuzun imkanlarını artırmağı bacardığımızı düşünürəm”, – deyən M.S.Şanhay ölkədə hazırda 30-dan artıq laboratoriyada koronavirus testlərinin aparıldığını diqqətə çatdırıb.

 

 

Gununsesi.org