Pakistanın Kvetta şəhərində partlayış törədilib.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, hadisə terror aktıdır. İnsident nümayiş zamanı törədilib.
Təhlükəsizlik xidmətinin əməkdaşları ərazini mühasirəyə alıb və digər yaralıların xilasetmə işləri aparılır.
Gununsesi.org