
Pakistanın şimal-qərbindəki Paraçinar şəhərindəki bazarda baş verən terror hadisədə qurbanların sayı 57 nəfərə çatıb.
Gununsesi.info Geo.TV-yə sitinadən xəbər verir ki, terror hadisəsi nəticəsində isə 300-dən artıq insan yaralanıb.
Hadisə dünən insanlar Ramazan bayramı ilə bağlı aliş-veriş etdiyi zaman baş verib.
Dünən Pakistanın Belucistan əyalətində Kvetta şəhərində polis idarəsində partlayış baş verib. Partlayış nəticəsində 11 nəfər dünyasını dəyişib.

Gununsesi.info









