Pakistandan ABŞ və İrana təklif…

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 19:32

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Şahbaz Şərif X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, tərəflərin razılığı olduğu təqdirdə Pakistan mənalı və yekun nəticəyə yönəlmiş danışıqlara ev sahibliyi etməkdən məmnun olacaq:

“Pakistan Yaxın Şərqdə münaqişənin dayandırılması üçün aparılan dialoq təşəbbüslərini dəstəkləyir”.

Gununsesi.info