Palata 10 sığorta vasitəçisinə ciddi xəbərdarlıq etdi

  • By admin
  • 16 Sentyabr 2016 10:33
palata
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat verib bundan əlavə olaraq  10 sığorta vasitəçisinə isə xəbərdarlıq  edib.

Bu barədə Gununsesi.info-ya MBNP Mətbuat xidmətindən verilib.
MBNP Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb. 
Monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat verilib,  bundan əlavə olataq 10 sığorta vasitəçisinə isə xəbərdarlıq  edilib.
Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş  icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olub.
Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq Palata tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib.
Gununsesi.info