Pambıqçılığın inkişafına dövlət büdcəsindən 300 milyon ayrılacaq -  Rövşən Ağayev

  • By admin
  • 01 Dekabr 2016 13:47

rovsen

2017-ci ildə infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox (1.3 miyrad dollara yaxın) xarici kreditlər alınacaq.

Gununsesi.info xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirib.

İqtisadçı bildirir ki, bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək: “Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır”.

Büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək:

Dövlət Neft Şirkəti 612.2 mln. manat,

Azəravtoyol 290.4 mln. manat,

Dəmir Yolu İdarəsi 130 mln. manat,

Nəqliyyat Nazirliyi 100 mln. manat,

Azərsu 95 mln. manat büdcə investisiyası alıacaq.

Büdcənin ən böyük sərmaylər istiqamətlərindın biri pambıqçlılıq olacaq – təxminən 300 mln. manat. Həmin vəsaitin 200 mln. manatı bilavasitə pambıqçılıqla bağlı texnikanın alınmasına, yerdə qalan hissisəəkin infrasruktunun qurulmasına sərf ediləcək.

“Əslində,çox doğru olardı ki, bu qədər büdcə vəsaitinin ayrıldığı istiqmət üzrə parlamentəəsaslandırılmış proqram təqdim ediləydi.Qısa nmüddətdə, büdcə məhduduyyətlərinin kəskinləşdiyi bir dövrdə bu qədər sərmayənin iqtisadi nəticələr necə olacaq, burda hansısa risklər varmı, varsa onu önləmək üçün hansıönləyici tədbir və mexanizmlər işlənib hazırlanıb?

Beynəlxalaq Bankın 2 milyard dollar yönəltdiyi investisiya layihələri məhz beləşəffaf vəəsaslandırılmış yanaşmaların olmadığına görə iflas etmədimi?”,- deyə R.Ağayev vurğulayır.

Vüsalə Rüstəmova

Gununsesi.info