BMTbaş katibi Pan Gi Mun ABŞ-ın Orlando şəhərində yerləşən gecə klubuna baş verən hücumu “dəhşətli” adlandırıb.
Gununsesi.info BMT-nin saytına istinadən xəbər verir ki, baş katibin adından yayılan bəyanatda terror hücumu qınanıb, qurbanların ailələrinə başsağlığı verilib və ABŞ hökuməti və xalqı ilə həmrəylik ifadə olunub.
Qeyd edək ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan əfqan əsilli Ömər Mətin polislə atışma zamanı öldürülüb. Hücum ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən kütləvi qətliam hesab olunur. Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.