Papikyan baş qərargah rəisinin “qələmini qırdı”

  • By admin
  • 19 Noyabr 2021 11:31

Cəmi 3-4 gün əvvəl Ermənistanın müdafiə naziri təyin olunan Suren Papikyan özünə rəqib gördüyü şəxsləri nazirlikdən uzaqlaşdırmaqla bağlı planlar qurmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Bildirilir ki, Papikyan ilk olaraq Ermənistanın baş qərargah rəisi Artak Davtyanı əvəzləməyi düşünür. Yazıda vurğulanır ki, yeni nazir artıq baş qərargah rəisi postu ilə bağlı kadr axtarışına çıxıb. Bildirilir ki, Papikyan sələflərindən fərqli olaraq müdafiə nazirliyində bütün səlahiyyətləri öz əlində cəmləşdirməkdə israrlıdır:

“Hazırkı baş qərargah rəisi Artak Davtyanın çıxarılması ilə bağlı siyasi qərar var. Lakin Papikyan hələ ki, tələsmir. Davtyanın çıxarılmasının 2 səbəbi var. Birincisi, silahlı qüvvələrin döyüş qabiliyyətinin səviyyəsi çox aşağıdır. İkincisi, nazirlikdə təşkilatçılıq səviyyəsi qənaətbəxş deyil. Buna isə Artak Davtyan cavabdehdir. Hətta Davtyanın son hadisələrə görə məsuliyyətdən yayına bilməyəcəyi, həbs olunacağı vurğulanır. Artıq bununla bağlı siyasi qərar da verilib”.

Gununsesi.info