Paracüdoçu Afaq Sultanova da İslamiadanın qızıl medalını qazandı - FOTO

  • By admin
  • 13 May 2017 23:01

para-cu

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının finalında qalib gələn Afaq Sultanova Azərbaycana doqquzuncu qızıl medalı qazandırıb.

Gununsesi.info xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

Paralimpiyaçı idmançımız Afaq Sultanova Azərbaycanı dəfələrlə Yay Paralimpiya Oyunlarında təmsil edib. O, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarının, 2010-cu və 2011-ci illərdə dünya çempionatlarının qızıl medalçısıdır.

Gununsesi.info