Parlamentə işə düzəltməyə görə 8 il cəza - DƏLƏDUZLUQ

  • By admin
  • 25 Noyabr 2016 17:37

Mehkeme .

Noyabrın 25-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilədələduzluqda təqsirləndirilən Fərasət Dəyyanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Gununsei.info-nun xəbərinə görə, prosesdə hökm oxunub.
Fərasət Dəyyanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərasət Dəyyanov zərərçəkən İsmayıl Quliyevi Milli Məclisin aparatında hüquqşünas vəzifəsinə işə düzəldəcəyini vəd edib, bunun müqabilində ondan 25 min ABŞ dolları pul  alıb.

Gülnaz Qənbərli

Gununsesi.info