Parlament buraxıldı - Ölkə növbədənkənar seçkilərə gedir

  • By admin
  • 09 İyun 2019 12:57

Moldovada prezident vəzifələrini icra edən Pavel Filip parlamentin buraxılması və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, o, sözügedən fərmanı brifinq zamanı jurnalistlərin qarşısında imzalayıb.

“Konstitusiya Məhkəməsi parlamentin buraxılması şərtlərini təsdiqlədi. Sizin qarşınızda prezident seçkilərinin sentyabrın 7-də keçirilməsi haqda fərman imzalayıram”, – Filip deyib.