Parlament Elman Rüstəmovun müavinlərinin səlahiyyət müddətini artırdı

  • By admin
  • 07 Mart 2017 13:05
elman
 
Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin  səlahiyyət müddəti bitən üzvlərinin səlahiyyətini növbəti beş il müddətinə uzatdı.
 
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında AMB İdarə Heyətinin səlahiyyət müddəti bitən üç üzvünün məsələsinə baxılaraq, yeni qüzvlərin seçilməsi məsləsinə baxaraq təsdiq edib.
Bildirək ki,  2017-ci ilin fevralında AMB İH-nin 5 üzvündən 3-nün səlahiyyət müddəti başa çatıb.
Bunlar AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevdir.
Müzakirələrdən sonra parlamentarilər adı çəkilən şəxslərin daha növbətti beş il müddətinə AMB İdarə heytəinin üzvü seçilməsinə səs verib.
Bundan öncə adı çəkilən şəxslərin  səlahiyyət müddəti Milli Məclisin  2012-ci ilin fevralın 14-də keçirilən iclasında beş il müddətinə uzaldılıb.
Mürtəza
Gununsesi.info