Parlament seçkilərinin keçiriləcəyi məntəqələrin sayı açıqlandı – RƏSMİ

  • By admin
  • 08 Fevral 2020 17:52

“Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək”.

Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, sabah – fevralın 9-da Azərbaycanda parlament seçkiləridir: “Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”.