Parlamentdə Amnistiya aktına dair dinləmə keçiriləcək

  • By admin
  • 24 Yanvar 2022 10:19

Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Məlumata görə, Komitədə sessiya müddətində “Əfv institutu – Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.

Gununsesi.info