Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

  • By admin
  • 15 Sentyabr 2017 11:30

milli_meclis_esas

Bu gün 2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilir. 

Gununsesi.info xəbər verir ki, iclası giriş sözü ilə açan komitə sədri Ziyad Səmədzadə ötən gün “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu saziş Azərbaycan üçün çox əhəmiyyətlidir: “2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək”.

Z.Səmədzadə əlavə edib ki,  bu ilin yaz sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında 17 iclas keçirilib. 122 məsələ, o cümlədən 120 qanun layihəsinə dəyişiklik edilib”.

Komitə sədri əlavə edib ki, bu payız sessiyası da məhsuldar olacaq.

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 20 qanun layihəsi müzakirə ediləcək.

Gununsesi.info