Partiyası Sarkisyandan imtina edir  — Serji həbs gözləyir?

  • By admin
  • 22 İyun 2018 11:41

Partiyası Sarkisyandan imtina edir

 Ermənistanda bir neçə ay əvvəl başlayan siyasi böhran davam edir. Evindən əskər yeməyi çıxan general, deputatın həbsi kimi hadisələr rejimin artıq çürüdüyündən xəbər verir.

Gununsesi.info Ölkə.az- a istinadən xəbər verir ki, erməni saytları Manvel Qriqoryanın həbsi və Respublikaçı Partiyasının mövqesizliyini tənqid edib.  “1in.am”  saytı iddia edir ki, partiya Sarkisyandan imtina edib. Sarkisyan isə əvvəlcədən partiyasının satqın olduğunu bilirdi. Bu səbəbdən heç vaxt partiyasına güvənməyib, planlarını açıqlamayıb.

Bu dəfə isə partiya Manveli təhvil verərək çirkli əllərini yuyur və bildirir ki, Manvelin işindən, əməllərindən xəbəri olmayıb. Bununla da partiya faktiki olaraq təkcə Manvel Qiroqryanı yox, eyni zamanda Sarkisyanı da təhvil verir. Qriqoryanın işindən xəbərdar olmadığını deyən partiya əslində Sarkisyandan da xəbərsiz olduğunu bildirir. Çünki ayındır ki, general Manvel özbaşına hərəkət etməyib, ona yol verən, icazə verən var. Bu şəxs isə Serj Sarkisyandır. Çox güman ki, yaxın günlərdə Serj haqqında da qalmaqallı xəbərlər eşidəcəyik. Artıq Serjin mühafizəçisinin evindən milyonlarla dollar tapılıb. Deməli, Serj əleyhinə düymə basılıb.