Paşayeva ÜQS prezidenti ilə görüşdü – Foto

  • By admin
  • 22 May 2017 22:50

 18624845_1548878541791625_329430641_n

 

Yaponiyada səfərdə olan millət vəkili Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş danışılıb. Q.Paşayeva, xüsusilə, Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidentini məlumatlandırıb.

Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları İrene Natividada təqdim edən millət vəkili onu Azərbaycanaadəvət edib.

İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib. Görüşdə “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, araşdırmaçı Kəmalə Paşayeva, alim Gülnarə Xəlilova, Arzu Bağırova, Lalə Bağırova, Tehran Nağıyeva da iştirak ediblər.

 

Gununsesi.info