Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrlə əməkdaşlığı gücləndirmək Ermənistanın xarici siyasət və iqtisadiyyatında əsas hədəflərindən biridir.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən rəsmi toplantıda çıxışı zamanı deyib.
Hökumət başçısı bildirib ki, bu təşkilatla əlaqələrin daha da genişləndirilməsi onun rəhbərlik edəcəyi yeni hökumətin gələcək planlarında və proqramında xüsusi yer tutacaq.












