Paşinyan: “Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir”

  • By admin
  • 22 May 2023 20:53

“Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir”.

Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bəyan edib.

“Ararat və Araqatsdan danışanda mən Ermənistanın suveren ərazi olan və olmayan bölgələrini nəzərdə tuturam. Araqat Ermənistandadır, Ararat isə yox. Türkiyəyə gəlincə, bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir yoxsa yaxşı? Əlbəttə, yaxşı. Dediklərimdə yenilik yoxdur, hökumətin 2021-ci il proqramında bu yazılıb”, – deyə o, bildirib.

Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib:

“Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Bu faktdır. Amma Ermənistan Respublikasında ən hündür dağ hansıdır deyə soruşanda uşaqların ən azı yarısı və ya daha çoxu belə cavab verir: “Ararat”. Bəs uşaqlar bunu hardan öyrənirlər – hökumətin apardığı təhsil siyasəti nəticəsində? Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.

Nazir bildirib ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər:

“İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır – Araqats. Bu, Ermənistan Respublikasına inkişaf imkanı verəcək siyasətdir”, – deyə o bildirib.

“Ermənistanın ən hündür dağı Araqatsdır və bu faktdır”, – deyə Nazirlər Kabinetinin rəhbəri sözlərini yekunlaşdırıb.

Gununsesi.info