Paşinyan Bakıya gəlmək istəyir

  • Müəllif: Orxan
  • 05 May 2026 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün ölkəyə səfər etmək istəyir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılış mərasimində danışıb.

“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin 10-cu sammiti orada keçiriləcəyi zaman Azərbaycana səfər etmək imkanım olacaq”, – Paşinyan bildirib.

Gununsesi.info