Paşinyan bu dəfə müavinini istefaya göndərməyi PLANLAŞDIRIR

  • By admin
  • 11 İyun 2020 15:12

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan istefaya göndərilə bilər.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, baş nazirlə Avinyan arasında münasibətlər gərgin olaraq qalır. Paşinyanın Avinyanı istefaya göndərmək fikrində qətiləşdiyini və bu addımı koronavirusa yoluxma templərinin azaldığı iyun ayının sonlarında həyata keçirməyi düşündüyü bildirilir.

Baş nazirin yeni müavini postuna təhsil naziri Araik Arutunyanın gətirilməsi gözdən keçirilir.

Gununsesi.org