Paşinyan Ermənistan Konstitusiyasında dəyişiklik edəcəkmi? - Fazil Mustafa

  • By Admin2
  • 10 İyun 2026 14:18

Ermənistanda keçirilən seçkilərdən sonra xüsusilə Azərbaycan cəmiyyətində gedən bir müzakirə də Nikol Paşinyanın Ermənistan Konstitusiyasına dəyişiklik edib-etməyəcəyi məsələsidir. 

Konkret desək, Nikol Paşinyan bu dəyişikliyi edə biləcəkmi?

Gununsesi.info-ya danışan deputat Fazil Mustafa Paşinyanın dəyişiklik etməyə çalışacağını düşünür:

“Düşünürəm ki, Nikol Paşinyan Konstitusiyaya dəyişiklik etməyə çalışacaq. Çünki başqa çıxış yolu yoxdur. Bizim şərtlər, razılaşmalar qüvvədədir. Bu cəhdi alınacaq, ya yox, bu, sonrakı məsələdir. Əsas odur ki, bu iradə ortaya qoyulsun. Əgər cəmiyyətdə bunun dəstəklənməsi mümkün olmayacaqsa, bizim “b” planımız olmalıdır. Çalışmalıyıq ki, bütün hallarda sülh müqaviləsinin bağlanmasına nail olaq. Paşinyanın buna cəhd etməsi də bizim üçün önəmli məsələdir. İradə ortaya qoyursa, özündən asılı olmayan səbəblərdən alınmırsa, bu, başqa məsələdir. Həm Azərbaycan, həm də Türkiyə baxış bucağından olduqca vacibdir bu cür bir iradə. Bu, gələcək münasibətlərin sadələşməsinə və ziddiyyətlərin həll olunmasına gətirib çıxarda bilər. Dediyim kimi, cəmiyyət fəstəkləməsə, yeni stiuasiya yaranır və bu stiuasiya uğrunda yəqin ki, davranarıq”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info