Paşinyan istefa verməyə hazırlaşır

  • By admin
  • 16 İyun 2018 13:13
 

“Sentyabrın sonlarında baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirmək niyyətindədir. Seçki Məcəlləsinə düzəlişlər ediləcək və sənəd yaxın günlərdə parlamentə təqdim olunacaq. Parlament isə iyulun 15-nə qədər növbədənkənar seçki məsələsini təsdiqləyəcək”.

Gununsesi.info xəbər verir ki, bu açıqlamanı Ermənistanın “Jamanx” qəzeti yayıb.

Qəzet əlavə edib ki, Paşinyan məcəlləyə dəyişikliyin qəbulundan dərhal sonra istefa verəcək, parlamentin buraxılması prosesi başlayaraq.

“Jamanx”a görə, başqa bir parlament fraksiyası  öz namizədini irəli sürməyə cəsarət etmədiyindən  Paşinyan inqilabın nailiyyətlərini müdafiə etmək üçün xalqa müraciət ünvanlayacaq.