Paşinyan Medvedevi evində qonaq etdi - VİDEO

  • By admin
  • 30 Aprel 2019 11:58

Rusiyanın baş naziri Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının bu gün keçiriləcək iclasına qatılmaq üçün Yerevanda səfərdədir.

Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, ötən gün axşam Ermənistanın baş naziri Nikol Paşinyan onu öz evində qarşılayıb.

D.Medvedev Paşinyana daha isti münasibət yaratmaq üçün dəvəti yüksək qiymətləndirdiyini bildirib: “Qeyri-rəsmi ünsiyyət qurmaq həmişə baha başa gəlir, lakin bu bir-birini daha yaxşı tanımaq və müxtəlif sahələrdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradır”.

Öz növbəsində Nikol Paşinyan bəzi bədbin düşüncəli insanların əksinə, Moskva və Yerevanın ikitərəfli əlaqələrini daha da yüksəltmək üçün yaxşı zəmin olduğunu vurğulayıb.

“Son bir il ərzində Moskva ilə Yerevan arasında münasibətlər bəzi problemlər yaransa da, planlı şəkildə inkişaf edib”,- deyə Ermənistan lideri bildirib.